Milli Məclisdə amnistiya aktının qəbul edilməsi təklif olunub
Milli Məclisin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsini qəbul edilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi İqbal Ağazadə edib. O bildirib ki, yaxşı olardı ki, həbsdə olan insanlar Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirsin. “Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, o zaman parlament adından dövlət başçısına müraciət edərək xahiş etsin ki, növbəti əfv fərmanı imzalasın” - deyə o əlavə edib.