Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə rəsmi səfəri başa çatıb
13.01.10 20:52

Xarici işlər naziri Elmar Məmmədyarovun Qətər Dövlətinə rəsmi səfəri başa çatıb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Qətər Dövlətinin Baş Naziri və xarici işlər naziri Şeyx Hamad Bin Casim Bin Cəbr Əl-Təni ilə görüşüb. Görüşdə Azərbaycan və Qətərin dövlət başçıları arasındakı dost münasibətlərin iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilib, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub. E.Məmmədyarov Qətər Dövlətinin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri, Biznes və Ticarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə görüşündə isə iki ölkə arasında yüksək səviyyəli əlaqələrin daha da dərinləşməsi üçün müxtəlif sahələrdə konkret layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisləri ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və sair aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunub. Görüşdə enerji məsələləri, regional mövzular, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərq problemi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda “Azərbaycan Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş imzalanıb. E.Məmmədyarov Qətər Dövlətinin Maliyyə və İqtisadiyyat Naziri Yusif Hüseyn Kamal və Qətər Əmirinin KİV üzrə müşaviri, “Qətər İnformasiya Birliyi”nin prezidenti Şeyx Hamad Bin Səmir Əl-Təni ilə də görüşüb. Səfər çərçivəsində E.Məmmədyarov dünyanın ən iri media şirkətlərindən olan “Əl-Cəzirə” televiziya kanalının Dohadakı baş qərargahında olub, kanalın fəaliyyəti ilə tanış olub və kanala müsahibə verib. E.Məmmədyarov Qətərin ən iri KİV-lərindən olan “Əl-Rayah” qəzetinə də müsahibə verib. Qeyd edək ki, səfərin sonunda E.Məmmədyarov ”Qətər Diyar” İnvestisiya Şirkətində olub, şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələrlə tanış olub.
URL / WWW
http://kelam.az/article/a-589.html