Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə rəsmi səfəri başa çatıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətər Dövlətinə rəsmi səfəri başa çatıb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Qətər Dövlətinin Baş Naziri və xarici işlər naziri Şeyx Hamad Bin Casim Bin Cəbr Əl-Təni ilə görüşüb. Görüşdə Azərbaycan və Qətərin dövlət başçıları arasındakı dost münasibətlərin iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilib, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub.

    E.Məmmədyarov Qətər Dövlətinin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri, Biznes və Ticarət naziri vəzifəsini icra edən Xalid Al-Aitiya ilə görüşündə isə iki ölkə arasında yüksək səviyyəli əlaqələrin daha da dərinləşməsi üçün müxtəlif sahələrdə konkret layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. Qətərdə diplomatiya və beynəlxalq əlaqələr ixtisaslarının tədrisi ilə məşğul olan təhsil müəssisləri ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında tələbələrin qarşılıqlı mübadiləsi, təlim kurslarının təşkili və sair aidiyyəti istiqamətlərlə bağlı razılıq əldə olunub. Görüşdə enerji məsələləri, regional mövzular, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərq problemi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün yekununda “Azərbaycan Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş imzalanıb. E.Məmmədyarov Qətər Dövlətinin Maliyyə və İqtisadiyyat Naziri Yusif Hüseyn Kamal və Qətər Əmirinin KİV üzrə müşaviri, “Qətər İnformasiya Birliyi”nin prezidenti Şeyx Hamad Bin Səmir Əl-Təni ilə də görüşüb. Səfər çərçivəsində E.Məmmədyarov dünyanın ən iri media şirkətlərindən olan “Əl-Cəzirə” televiziya kanalının Dohadakı baş qərargahında olub, kanalın fəaliyyəti ilə tanış olub və kanala müsahibə verib. E.Məmmədyarov Qətərin ən iri KİV-lərindən olan “Əl-Rayah” qəzetinə də müsahibə verib. Qeyd edək ki, səfərin sonunda E.Məmmədyarov ”Qətər Diyar” İnvestisiya Şirkətində olub, şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələrlə tanış olub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 581
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30