Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib
24.02.12 02:20

Bu gün Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda soyqırımı qurbanlarının ruhuna Qurandan ayələr oxunduqdan sonra çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, belə bir soyqırımına bu gün dünya ictimaiyyəti lazımı qiymət verməsə, sabah bu kimi hadisələr başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək. O, qeyd edib ki, bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən, qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub. “Azərbaycan torpaqları yolunda canlarını şəhid verənlər heç vaxt unudulmayacaq. Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan əvvəlki durumda deyil, çox şeyə qadirdir. Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din müharibəyə vadar etmir”-deyə Şeyx vurğulayıb. O, bildirib ki, dünya Xocalı soyqırımını haqq-ədalətlə dəyərləndirərək onu törədənləri ittiham etməyə borcludur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan millətinə və mədəniyyətinə qarşı deyil, bütün bəşəriyyətə, onun milli-mənəvi dəyərlərinə qarşı yönəldilmiş planlı, düşünülmüş cinayətdir. “Xocalı qətliamının bütün dünyaya çatdırılmasında, onu törədənlərin ifşasında Azərbaycanın din və konfessiya başçılarının fəal mövqeyi nümayiş olunub. Xocalının qədim maddi–mənəvi abidələrindən, elmi əsərlərindən heç nə qalmayıb, bəziləri məhv edilib, digərləri İrəvana aparılaraq erməniləşdirilib. Dünya bu soyqırımı düzgün dəyərləndirərək ədalətli qiymət verməlidir”-deyə o, əlavə edib. Qeyd edək ki, konfransda işğal olunmuş rayonlarımızın icra başçıları, millət vəkilləri və digər dinlərin xadimləri iştirak edirlər. Hacı Allahşükür Paşazadə: “Yaxşı olardı ki, şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılsın” “Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, dünya ölkələrinin tarixlərində buna nümunələr olub. “O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu guşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi və onların rəşadətlərini canlı yad edərlər. Hətta elə şəhidlərimiz var ki, onların heç cəsədləri dəfn eləmək üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onların iri bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var” - deyə Şeyxülislam vurğulayıb. QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər öz adlarına çıxıb adını “Sumqayıt qırğını” qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan öz qohumlarının başına gələn eyni hadisəni danışıb. “Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər, onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5878.html