Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib
    Bu gün Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Qafqaz Müsəlmanlar İdarəsində konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda soyqırımı qurbanlarının ruhuna Qurandan ayələr oxunduqdan sonra çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, belə bir soyqırımına bu gün dünya ictimaiyyəti lazımı qiymət verməsə, sabah bu kimi hadisələr başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək. O, qeyd edib ki, bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən, qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub. “Azərbaycan torpaqları yolunda canlarını şəhid verənlər heç vaxt unudulmayacaq. Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan əvvəlki durumda deyil, çox şeyə qadirdir. Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din müharibəyə vadar etmir”-deyə Şeyx vurğulayıb.

    O, bildirib ki, dünya Xocalı soyqırımını haqq-ədalətlə dəyərləndirərək onu törədənləri ittiham etməyə borcludur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan millətinə və mədəniyyətinə qarşı deyil, bütün bəşəriyyətə, onun milli-mənəvi dəyərlərinə qarşı yönəldilmiş planlı, düşünülmüş cinayətdir. “Xocalı qətliamının bütün dünyaya çatdırılmasında, onu törədənlərin ifşasında Azərbaycanın din və konfessiya başçılarının fəal mövqeyi nümayiş olunub. Xocalının qədim maddi–mənəvi abidələrindən, elmi əsərlərindən heç nə qalmayıb, bəziləri məhv edilib, digərləri İrəvana aparılaraq erməniləşdirilib. Dünya bu soyqırımı düzgün dəyərləndirərək ədalətli qiymət verməlidir”-deyə o, əlavə edib. Qeyd edək ki, konfransda işğal olunmuş rayonlarımızın icra başçıları, millət vəkilləri və digər dinlərin xadimləri iştirak edirlər. Hacı Allahşükür Paşazadə: “Yaxşı olardı ki, şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılsın” “Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, dünya ölkələrinin tarixlərində buna nümunələr olub. “O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu guşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi və onların rəşadətlərini canlı yad edərlər. Hətta elə şəhidlərimiz var ki, onların heç cəsədləri dəfn eləmək üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onların iri bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var” - deyə Şeyxülislam vurğulayıb. QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər öz adlarına çıxıb adını “Sumqayıt qırğını” qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan öz qohumlarının başına gələn eyni hadisəni danışıb. “Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər, onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq” - deyə o əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 479
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30