Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ və Norveç səfirliyininin nümayəndələri Naxçıvana Bənəniyar kəndində baş verən hadisələrlə bağlı getmirlər
13.01.10 20:52

ABŞ səfirliyinin müşaviri Conna Qenson və Norveç səfirliyinin birinci katibi Lars Hansen Naxçıvana bir günlük səfərə gediblər. Bu barədə KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomat C.Qensonun Naxçıvana səfərində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qurmaqdır. Səfər adi tanışlıq məqsədi daşıyır, belə səfərlər tez-tez keçirilir. “Nümayəndələrin Naxçıvana getməsində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslərlə görüşməkdən ibarətdir”,-deyə ABŞ səfirliyindən bildirilib. Qeyd edək ki, səfərin Bənəniyar kəndində olan hadisələrlə heç bir əlaqəsi yoxdur və qonaqların kəndə gedəcəyi faktı təsdiqlənmir.
URL / WWW
http://kelam.az/article/a-587.html