ABŞ və Norveç səfirliyininin nümayəndələri Naxçıvana Bənəniyar kəndində baş verən hadisələrlə bağlı getmirlər
ABŞ səfirliyinin müşaviri Conna Qenson və Norveç səfirliyinin birinci katibi Lars Hansen Naxçıvana bir günlük səfərə gediblər. Bu barədə KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Diplomat C.Qensonun Naxçıvana səfərində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qurmaqdır. Səfər adi tanışlıq məqsədi daşıyır, belə səfərlər tez-tez keçirilir.
“Nümayəndələrin Naxçıvana getməsində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslərlə görüşməkdən ibarətdir”,-deyə ABŞ səfirliyindən bildirilib.
Qeyd edək ki, səfərin Bənəniyar kəndində olan hadisələrlə heç bir əlaqəsi yoxdur və qonaqların kəndə gedəcəyi faktı təsdiqlənmir.