Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » ASTA-ASTA
15.02.12 22:04

İstusu qoynunda gəl süfrə açaq,
Sən də bulaq suyun süz asta-asta
Dəmir ağacından qalayaq ocaq.
Şişləri manqala düz asta-asta.


Kolların dibində bitir bənövşə,
Rəngarəng bənövşə, xoştər bənövşə.
Hərdənbir birini taxginən döşə Boynundan tutaraq üz asta-asta.

Palıd ağacları, nil ağacları,
Qədim tarixlərin daş yamacları.
Taleyin verdiyi yaş amacları
Yaşayaq bərabər yüz asta-asta.

Əziz Pünhan yaşar arzu diləklə,
Birahu baxışlı nazlı mələklə
Soyuqluq qoy getsin əsən küləklə
Tərk eyləsin bizi buz asta-asta.
URL / WWW
http://kelam.az/article/a-5841.html