İstusu qoynunda gəl süfrə açaq, Sən də bulaq suyun süz asta-asta Dəmir ağacından qalayaq ocaq. Şişləri manqala düz asta-asta.
Kolların dibində bitir bənövşə, Rəngarəng bənövşə, xoştər bənövşə. Hərdənbir birini taxginən döşə Boynundan tutaraq üz asta-asta.
Palıd ağacları, nil ağacları, Qədim tarixlərin daş yamacları. Taleyin verdiyi yaş amacları Yaşayaq bərabər yüz asta-asta.
Əziz Pünhan yaşar arzu diləklə, Birahu baxışlı nazlı mələklə Soyuqluq qoy getsin əsən küləklə Tərk eyləsin bizi buz asta-asta.
|
|