Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » SƏN O YANA, MƏN BU YANA
15.02.12 22:04

Yolumuz ayrılıb burda,
Sən o yana, mən bu yana.
Qoşa görünmərik bir də,
Sən o yana, mən bu yana.

Sən idin başımın tacı,
Acı üstən verdin acı.
Qarşımızda yol ayrıcı,
Sən o yana, mən bu yana.

Yazıq ürək dəlik-deşik,
Bir birini incitmişik.
İndi üzü çevirmişik
Sən o yana, mən bu yana.

Hicranda çıxdı canımız,
Tükənib hər imkanımız,
Eyni deyil ünvanımız
Sən o yana, mən bu yana.

Eşq içində yandıq, bişdik,
Çay tək dənizə yetişdik.
Dalğa atdı bizi, düşdük

Sən o yana, mən bu yana.

Uçub dağıldı səfimiz,
Qalmadı bir tərəfimiz.
Eyni deyil hədəfimiz
Sən o yana, mən bu yana.

Əziz Pünhan dözər aha,
Aşiq tək batar günaha,
Ona can deyilsən daha
Sən o yana, mən bu yana.
URL / WWW
http://kelam.az/article/a-5839.html