Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: İran diplomatiyası bəzi səhvlər buraxıb
15.02.12 02:58

Milli Məclisin bu gün keçirilən iclasında İranın Azərbaycana qarşı qərəzli notası müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk, lakin sonda sərt notalar gördük. Deputat Zahid Oruc İranın Azərbaycana nota verməsini qəti pisləyib. O qeyd edib ki, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, lakin İranın davranışları Azərbaycanı buna vadar edəcək. Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Azərbaycanın ən ağır dövrlərində belə biz İranın dəstəyini hiss etməmişik. “İran daimi Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır” - deyə Q.Paşayeva vurğulayıb. O deyib ki, İranda “Səhər” kanalı yaradıblar və bu kanal səhərdən axşama qədər Azərbaycana qarşı təxribat xarakterli verilişlər verib insanları hakimiyyətə qarşı yönəltməyə çalışır. Deputat hesab edir ki, bu telekanalı İran hökuməti dəstəkləyir. “İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər” - deyə o, əlavə edib.Spiker Oqtay Əsədov deputatların çıxışına münasibət bildirərək deyib ki, İranla bağlı deyilənlər faktdır. “Bu faktları araşdırsaq, kökü bəzi qurumların üstünə gedib çıxacaq. İran Azərbaycanla qonşu dövlətdir, biz səviyyəmizi və qonşuluq münasibətlərini saxlamalıyıq” - deyə O.Əsədov vurğulayıb. Spiker deyib ki, İran diplomatiyası bəzi səhvlər buraxıb. “Amma biz qonşuluq münasibətlərini qorumalıyıq. Deyirlər, guya Azərbaycan ərazisindən İrana hücum olacaq və sair. Mən bu məsələdə Azərbaycan prezidentinin dəfələrlə açıqladığı mövqeni xatırlada bilərəm. Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz. İran dövləti, İran prezidenti bu mövqeni qəbul edir. Düzdür, “Səhər” telekanalı və digər bəzi qüvvələr var ki, biz də onların cavabını veririk və verəcəyik. Azərbaycan öz siyasətində müstəqildir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5805.html