Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Oqtay Əsədov: İran diplomatiyası bəzi səhvlər buraxıb
    Milli Məclisin bu gün keçirilən iclasında İranın Azərbaycana qarşı qərəzli notası müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk, lakin sonda sərt notalar gördük. Deputat Zahid Oruc İranın Azərbaycana nota verməsini qəti pisləyib. O qeyd edib ki, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, lakin İranın davranışları Azərbaycanı buna vadar edəcək. Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Azərbaycanın ən ağır dövrlərində belə biz İranın dəstəyini hiss etməmişik. “İran daimi Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır” - deyə Q.Paşayeva vurğulayıb. O deyib ki, İranda “Səhər” kanalı yaradıblar və bu kanal səhərdən axşama qədər Azərbaycana qarşı təxribat xarakterli verilişlər verib insanları hakimiyyətə qarşı yönəltməyə çalışır. Deputat hesab edir ki, bu telekanalı İran hökuməti dəstəkləyir. “İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər” - deyə o, əlavə edib.

    Spiker Oqtay Əsədov deputatların çıxışına münasibət bildirərək deyib ki, İranla bağlı deyilənlər faktdır. “Bu faktları araşdırsaq, kökü bəzi qurumların üstünə gedib çıxacaq. İran Azərbaycanla qonşu dövlətdir, biz səviyyəmizi və qonşuluq münasibətlərini saxlamalıyıq” - deyə O.Əsədov vurğulayıb. Spiker deyib ki, İran diplomatiyası bəzi səhvlər buraxıb. “Amma biz qonşuluq münasibətlərini qorumalıyıq. Deyirlər, guya Azərbaycan ərazisindən İrana hücum olacaq və sair. Mən bu məsələdə Azərbaycan prezidentinin dəfələrlə açıqladığı mövqeni xatırlada bilərəm. Heç bir xarici qüvvə Azərbaycan ərazisindən qonşu dövlətə qarşı istifadə edə bilməz. İran dövləti, İran prezidenti bu mövqeni qəbul edir. Düzdür, “Səhər” telekanalı və digər bəzi qüvvələr var ki, biz də onların cavabını veririk və verəcəyik. Azərbaycan öz siyasətində müstəqildir” - deyə o, əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 361
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30