Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
09.02.12 15:09

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Spiker qonağı salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. “Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır” - deyə O.Əsədov vurğulayıb. Spiker qeyd edib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. “Ölkələrimiz arasında imzalanmış 170-dən artıq sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını yaradıb. Onların arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd əlaqələrimizin strateji xarakter daşımasının əyani sübutudur” - deyə o, əlavə edib. Sədr vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Belə ki, Fransa Senatında uydurma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb: “Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə bir inam yarandı ki, bu ölkənin Konstitusiya Şurası uydurma erməni soyqırımı ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcək. Çünki bu sənədin qəbulu heç bir hüquqi məntiqə sığmır və demokratiyanın beşiyi sayılan Fransanın imicinə böyük zərbədir”. Səmimi qəbul üçün minnətdarlığını bildirən Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrini Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. O, səfər çərçivəsində keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını, iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib. Qonaq Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırlayaraq, ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb. Nejdət Özəl ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının münasibətlərimizin ən yaxşı ifadəsi olduğunu qeyd edib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5780.html