Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
    Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Spiker qonağı salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. “Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır” - deyə O.Əsədov vurğulayıb.

    Spiker qeyd edib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. “Ölkələrimiz arasında imzalanmış 170-dən artıq sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını yaradıb. Onların arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd əlaqələrimizin strateji xarakter daşımasının əyani sübutudur” - deyə o, əlavə edib. Sədr vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Belə ki, Fransa Senatında uydurma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb: “Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə bir inam yarandı ki, bu ölkənin Konstitusiya Şurası uydurma erməni soyqırımı ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcək. Çünki bu sənədin qəbulu heç bir hüquqi məntiqə sığmır və demokratiyanın beşiyi sayılan Fransanın imicinə böyük zərbədir”. Səmimi qəbul üçün minnətdarlığını bildirən Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrini Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. O, səfər çərçivəsində keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını, iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib. Qonaq Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırlayaraq, ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb. Nejdət Özəl ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının münasibətlərimizin ən yaxşı ifadəsi olduğunu qeyd edib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 318
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30