Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
08.02.12 16:17

“Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Politoloqun sözlərinə görə, Soçi sənədində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı yayğın və ya ümumi halda göstərilmiş qoşunların təmas xəttindəki insidentlərin araşdırılmasını geniş şərh edən E.Nalbandyan həmin sənəddə aşkar şəkildə göstərilmiş ziyalılar və ictimaiyyət nümayəndələrinin görüşünə dair bircə kəlmə də olsun şərh verməyib. Siyasi şərhçinin fikrinə görə, rəsmi Yerevan Soçi bəyanatını və Rusiyanın artan mövqeyini unutdurmaq məqsədilə, əvvəlki sənədlərdə səslənmiş “yalnız dinc yolu”, “snayperlər geri çəkilməlidir” və sair kimi ifadələrdən istifadə etsə də, Soçi bəyanatında bunlar yoxdur: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin real və praktiki başlanması həm müharibənin, həm də imitasiyanın natividir. Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə imitasiyanı, başqa sözlə, Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir. Ona görə tənzimləmənin real, praktiki başlanğıcı indiki vəziyyətdə bütün mübahisə və qeyri-müəyyənliklərin “panaseyi”dir”. Ordularının iyirmi illiyini qeyd edən ermənilərin yüksək tonlu bəyanatlar vermələrindən danışan M.Əhmədoğlu, bu bəyanatların onların niyyətini ortalığa qoyduğunu bildirdi: “Ermənistan Dağlıq Qarabağ regionunda müharibəyə deyil, Azərbaycanla dağıdıcı müharibəyə hazırlaşır. Son vaxtlar erməni hərbçiləri qoşunların təmas xəttində tam üstünlüyə malik olmaları ilə bağlı bəyanatlar vermirlər. Başqa sözlə, bu, ermənilərin Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəni uduzmaq perspektivini nəzərə alaraq, qalan Azərbaycan ərazisində dağıdıcı müharibəyə hazırlaşmaq niyyətlərinin əlaməti kimi qəbul edilə bilər”. Aİ-nin və ABŞ-ın münaqişəni yalnız dinc yolla tənzimləmək istiqamətində səy göstərmələrini Ermənistanın Azərbaycana qarşı dağıdıcı müharibəyə hazırlaşmasına şəraitin yaradılması kimi başa düşüldüyünü səsləndirən siyasi şərhçi, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi F.Leforun gözlənilmədən Ermənistana səfər etməsi, Ermənistanda Soçi bəyanatını inkar edərək əvvəlki tipli bəyanatlar verməsinin Aİ-nin mövqeyinin çılpaqlığı ilə göstərdiyini bildirdi.
URL / WWW
http://kelam.az/article/a-5773.html