Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
    “Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Politoloqun sözlərinə görə, Soçi sənədində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı yayğın və ya ümumi halda göstərilmiş qoşunların təmas xəttindəki insidentlərin araşdırılmasını geniş şərh edən E.Nalbandyan həmin sənəddə aşkar şəkildə göstərilmiş ziyalılar və ictimaiyyət nümayəndələrinin görüşünə dair bircə kəlmə də olsun şərh verməyib.

    Siyasi şərhçinin fikrinə görə, rəsmi Yerevan Soçi bəyanatını və Rusiyanın artan mövqeyini unutdurmaq məqsədilə, əvvəlki sənədlərdə səslənmiş “yalnız dinc yolu”, “snayperlər geri çəkilməlidir” və sair kimi ifadələrdən istifadə etsə də, Soçi bəyanatında bunlar yoxdur: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin real və praktiki başlanması həm müharibənin, həm də imitasiyanın natividir. Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə imitasiyanı, başqa sözlə, Dağlıq Qarabağ üzrə danışıqların uzadılmasını qəbul etmir. Ona görə tənzimləmənin real, praktiki başlanğıcı indiki vəziyyətdə bütün mübahisə və qeyri-müəyyənliklərin “panaseyi”dir”. Ordularının iyirmi illiyini qeyd edən ermənilərin yüksək tonlu bəyanatlar vermələrindən danışan M.Əhmədoğlu, bu bəyanatların onların niyyətini ortalığa qoyduğunu bildirdi: “Ermənistan Dağlıq Qarabağ regionunda müharibəyə deyil, Azərbaycanla dağıdıcı müharibəyə hazırlaşır. Son vaxtlar erməni hərbçiləri qoşunların təmas xəttində tam üstünlüyə malik olmaları ilə bağlı bəyanatlar vermirlər. Başqa sözlə, bu, ermənilərin Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəni uduzmaq perspektivini nəzərə alaraq, qalan Azərbaycan ərazisində dağıdıcı müharibəyə hazırlaşmaq niyyətlərinin əlaməti kimi qəbul edilə bilər”. Aİ-nin və ABŞ-ın münaqişəni yalnız dinc yolla tənzimləmək istiqamətində səy göstərmələrini Ermənistanın Azərbaycana qarşı dağıdıcı müharibəyə hazırlaşmasına şəraitin yaradılması kimi başa düşüldüyünü səsləndirən siyasi şərhçi, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi F.Leforun gözlənilmədən Ermənistana səfər etməsi, Ermənistanda Soçi bəyanatını inkar edərək əvvəlki tipli bəyanatlar verməsinin Aİ-nin mövqeyinin çılpaqlığı ilə göstərdiyini bildirdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 294
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30