Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib
01.02.12 02:10

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. “KƏLAMİNFO” xəbər verir ki, digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək. Fevralın 2-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilər Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Onlar, həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5728.html