AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. “KƏLAMİNFO” xəbər verir ki, digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək.
Fevralın 2-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilər Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Onlar, həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.