Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Diqqət Yol Polisi” layihəsinə start verildi
17.01.12 20:25

Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Dəyirmi masanı keçən həftə 12 qeyri-hökumət təşkilatı tərəfindən təsis olunan “Təhlükəsiz Yol” Alyansı keçirib. “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov bildirib ki, ötən il dəhşətli dərəcədə artan yol qəzaları, çoxsaylı vətəndaşların yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində layihələr icra etmək, ciddi problemin həlli istiqamətində əsaslı işlər görmək məqsədilə yaranan Alyans bu problemlərin həlli yolunda işlər görmək niyyətindədir: “Alyans ölkədə yol mədəniyyətinin formalaşdırılması, habelə bu sahəyə məsul dövlət qurumlarının məsuliyyətinin artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərində silsilə layihələrin icra edilməsini planlaşdırır”. Onun sözlərinə görə, ötən il yol qəzalarında ölüm halları ən çox paytaxtın Ziya Bünyadov, Babək, Nobel, Heydər Əliyev prospektlərində baş verib: “2011-ci ildə 1016 nəfər yol qəzaları zamanı dünyasını dəyişib ki, bu qəza hadisələrinin baş verməsinin səbəblərindən ən əsası sürətdir”. Alyansın həmtəsisçilərindən olan “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev qeyd edib ki, dünyada ildə 1.2-1.5 milyon adam dünyasını dəyişir: “Bu tendensiya davam etsə, yol qəzaları nəticəsində ölüm halları dünyada digər ölüm səbəbləri arasında ikinci yeri tutacaq. Qəzalar zamanı dünyasını dəyişənlər əsasən 0-25 yaşlarda olan insanlardır, yəni əsasən gənclərdir”. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da paytaxtın yol infrastrukturunda mövcud olan nöqsanlardan danışıb: “Yol hərəkəti nişanları bərbad haldadır. Piyadaların yol keçmələrində kömək olan yolüstü piyadaların keçidini tənzimləyən zolaqlar silinib gedəndən sonra təzələnməsinə çox da fikir verilmir. Əlillərin normal hərəkəti üçün lazım olan şəraitlər demək olar ki, sıfıra bərabərdir”. Qeyd edək ki, Dəyirmi masada Alyans bütün bu problemlərdən çıxış yolu tapmaq üçün bu gündən etibarən 1 aylıq “Diqqət Yol Polisi” layihəsinə start verildiyini bildirib. Layihənin əsas məqsədi isə Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısının alınması, sürücülərin maarifləndirilməsi və problemin miqyasını ölçməkdir.
URL / WWW
http://kelam.az/article/a-5655.html