Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Diqqət Yol Polisi” layihəsinə start verildi
    Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Dəyirmi masanı keçən həftə 12 qeyri-hökumət təşkilatı tərəfindən təsis olunan “Təhlükəsiz Yol” Alyansı keçirib.

    “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov bildirib ki, ötən il dəhşətli dərəcədə artan yol qəzaları, çoxsaylı vətəndaşların yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində layihələr icra etmək, ciddi problemin həlli istiqamətində əsaslı işlər görmək məqsədilə yaranan Alyans bu problemlərin həlli yolunda işlər görmək niyyətindədir: “Alyans ölkədə yol mədəniyyətinin formalaşdırılması, habelə bu sahəyə məsul dövlət qurumlarının məsuliyyətinin artırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərində silsilə layihələrin icra edilməsini planlaşdırır”. Onun sözlərinə görə, ötən il yol qəzalarında ölüm halları ən çox paytaxtın Ziya Bünyadov, Babək, Nobel, Heydər Əliyev prospektlərində baş verib: “2011-ci ildə 1016 nəfər yol qəzaları zamanı dünyasını dəyişib ki, bu qəza hadisələrinin baş verməsinin səbəblərindən ən əsası sürətdir”. Alyansın həmtəsisçilərindən olan “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev qeyd edib ki, dünyada ildə 1.2-1.5 milyon adam dünyasını dəyişir: “Bu tendensiya davam etsə, yol qəzaları nəticəsində ölüm halları dünyada digər ölüm səbəbləri arasında ikinci yeri tutacaq. Qəzalar zamanı dünyasını dəyişənlər əsasən 0-25 yaşlarda olan insanlardır, yəni əsasən gənclərdir”. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da paytaxtın yol infrastrukturunda mövcud olan nöqsanlardan danışıb: “Yol hərəkəti nişanları bərbad haldadır. Piyadaların yol keçmələrində kömək olan yolüstü piyadaların keçidini tənzimləyən zolaqlar silinib gedəndən sonra təzələnməsinə çox da fikir verilmir. Əlillərin normal hərəkəti üçün lazım olan şəraitlər demək olar ki, sıfıra bərabərdir”. Qeyd edək ki, Dəyirmi masada Alyans bütün bu problemlərdən çıxış yolu tapmaq üçün bu gündən etibarən 1 aylıq “Diqqət Yol Polisi” layihəsinə start verildiyini bildirib. Layihənin əsas məqsədi isə Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısının alınması, sürücülərin maarifləndirilməsi və problemin miqyasını ölçməkdir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 418
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30