Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Yasamaldakı “Qurangah” qanuna zidd fəaliyyət göstərib
12.01.12 14:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mətbuatda Bakının Yasamal rayonunda yerləşən “Hüseyniyyə məscidi”nin bağlanması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Yasamal rayonu, 1-ci Yasamal küçəsi - 37 ünvanda yerləşən “Hüseyniyyə” (“Qurangah”) adlandırılan ibadətxana əslində Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir: “Namazxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Belə ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Məktubda qeyd olunub ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib. “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunsa da, sənədlər komissiyaya təqdim edilməyib, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmayıb. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Karlar Cəmiyyəti”nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilib. Çünki “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.
URL / WWW
http://kelam.az/article/a-5621.html