Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yasamaldakı “Qurangah” qanuna zidd fəaliyyət göstərib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) mətbuatda Bakının Yasamal rayonunda yerləşən “Hüseyniyyə məscidi”nin bağlanması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Yasamal rayonu, 1-ci Yasamal küçəsi - 37 ünvanda yerləşən “Hüseyniyyə” (“Qurangah”) adlandırılan ibadətxana əslində Azərbaycan Karlar Cəmiyyətinin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir: “Namazxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib. Belə ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək “Qurangah”ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Məktubda qeyd olunub ki, “Azərbaycan Karlar Cəmiyyəti”nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib.

    “Qurangah” adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunsa da, sənədlər komissiyaya təqdim edilməyib, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmayıb. Müraciətdə “Qurangah”ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Karlar Cəmiyyəti”nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən “Qurangah”ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilib. Çünki “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 366
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30