Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Tibb Universitetində kredit sistemi ilə təhsil alanlar yeni üsulla imtahan verirlər
10.01.12 14:29

Azərbaycan Tibb Universitetində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır. Artıq 6 ildir ki, universitetdə təhsil tədricən, ölkənin Boloniya prosesinə qoşulması ilə əlaqədar, kredit sistemi ilə aparılır. İlk olaraq tibbi-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılmağa başlanılıb. 3 il bundan öncə stomatologiya fakültəsində, 2 il əvvəl isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.Bu sistemlə təhsil alan tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Belə ki, tələbələr 50 bal dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və cari mənimsəmədən toplayır. 50 bal isə imtahan zamanı toplanılır. İmtahan zamanı minimum keçid balı 17-dir. Ümumilikdə müsbət qiymət 51-100 bal hesab olunur: A- 91-100 bal (əla), B – 81-90 bal (çox yaxşı), C – 71-80 bal (yaxşı), D – 61-70 bal (kafi), E – 51-60 bal (qənaətbəxş), F – 0-50 (qeyri-kafi). İmtahanların müasir texnologiya vasitələrinin köməyi ilə qəbulu universitetin Böyük Elmi Şurasında müzakirə olunub və müvafiq qərar qəbul olunub. Universitet əməkdaşlarının köməyi ilə ayrı-ayrı fənlər üzrə test suallarının bankı yaradılıb. Hər fənn üzrə orta hesabla 300-500 sual test bankına daxil edilib. Qəbul olunmuş qərara əsasən, imtahan zamanı tələbələr bir saat ərzində 25 suala cavab verirlər. İmtahanları yüksək səviyyədə təşkil etmək üçün universitetin 5 saylı tədris binasında 2 imtahan kompüter zalı yaradılıb. 2 zala ümumilikdə 210 ədəd son model güclü proqram təminatı olan kompüter yerləşdirilib. İmtahanlar gündə 5 növbədə aparılır. Gün ərzində 1050 tələbə ayrı-ayrı fənlər üzrə imtahan verə bilir. Ümumilikdə cari qış sessiyasında 2774 tələbə orta hesabla 8 fəndən kompüter test imtahanından keçəcək. Test bankının yaradılması “Kompüter test mərkəzi”nin əməkdaşları tərəfindən aparılır və onun məxfiliyi təmin olunur. İmtahan qəbul edən şəbəkə qapalıdır, internetə birləşməyib, informasiyaların alınması üçün bağlıdır. İmtahanların obyektivlik və aşkarlıq şəraitində keçməsini təşkil etmək məqsədilə kafedra müdirlərindən ibarət xüsusi komissiya yaradılıb. İmtahanlara texniki nəzarət qeyri-mütəxəssis gənc müəllimlərdən təşkil olunmuş komissiya və nəzarət kameraları tərəfindən aparılır. Tələbə imtahanın nəticəsini son suala cavab verən zaman artıq bilir.
URL / WWW
http://kelam.az/article/a-5615.html