Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Tibb Universitetində kredit sistemi ilə təhsil alanlar yeni üsulla imtahan verirlər
    Azərbaycan Tibb Universitetində 2011/2012-ci tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır. Artıq 6 ildir ki, universitetdə təhsil tədricən, ölkənin Boloniya prosesinə qoşulması ilə əlaqədar, kredit sistemi ilə aparılır. İlk olaraq tibbi-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılmağa başlanılıb. 3 il bundan öncə stomatologiya fakültəsində, 2 il əvvəl isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.

    Bu sistemlə təhsil alan tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Belə ki, tələbələr 50 bal dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və cari mənimsəmədən toplayır. 50 bal isə imtahan zamanı toplanılır. İmtahan zamanı minimum keçid balı 17-dir. Ümumilikdə müsbət qiymət 51-100 bal hesab olunur: A- 91-100 bal (əla), B – 81-90 bal (çox yaxşı), C – 71-80 bal (yaxşı), D – 61-70 bal (kafi), E – 51-60 bal (qənaətbəxş), F – 0-50 (qeyri-kafi). İmtahanların müasir texnologiya vasitələrinin köməyi ilə qəbulu universitetin Böyük Elmi Şurasında müzakirə olunub və müvafiq qərar qəbul olunub. Universitet əməkdaşlarının köməyi ilə ayrı-ayrı fənlər üzrə test suallarının bankı yaradılıb. Hər fənn üzrə orta hesabla 300-500 sual test bankına daxil edilib. Qəbul olunmuş qərara əsasən, imtahan zamanı tələbələr bir saat ərzində 25 suala cavab verirlər. İmtahanları yüksək səviyyədə təşkil etmək üçün universitetin 5 saylı tədris binasında 2 imtahan kompüter zalı yaradılıb. 2 zala ümumilikdə 210 ədəd son model güclü proqram təminatı olan kompüter yerləşdirilib. İmtahanlar gündə 5 növbədə aparılır. Gün ərzində 1050 tələbə ayrı-ayrı fənlər üzrə imtahan verə bilir. Ümumilikdə cari qış sessiyasında 2774 tələbə orta hesabla 8 fəndən kompüter test imtahanından keçəcək. Test bankının yaradılması “Kompüter test mərkəzi”nin əməkdaşları tərəfindən aparılır və onun məxfiliyi təmin olunur. İmtahan qəbul edən şəbəkə qapalıdır, internetə birləşməyib, informasiyaların alınması üçün bağlıdır. İmtahanların obyektivlik və aşkarlıq şəraitində keçməsini təşkil etmək məqsədilə kafedra müdirlərindən ibarət xüsusi komissiya yaradılıb. İmtahanlara texniki nəzarət qeyri-mütəxəssis gənc müəllimlərdən təşkil olunmuş komissiya və nəzarət kameraları tərəfindən aparılır. Tələbə imtahanın nəticəsini son suala cavab verən zaman artıq bilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 409
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30