Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı Turizm Peşə məktəbi ilk şagird qəbuluna başlayır
10.01.12 14:29

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılması və şagird qəbulu prosesinə start verilib. “KƏLAMİNFO”nun məlumatına görə, ATİ-nin prorektoru Eldar Aslanov 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbulu ilə bağlı açıqlamasında bildirib ki, Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşbaz, barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Sənədlərin qəbulu 12 yanvar – 12 fevral 2012-ci il tarixində bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcəkdir. Qəbulun ümumi qaydalarına əsasən, məktəbə Azərbaycan vətəndaşları sənəd verə bilərlər. Əsas təhsil bazasını bitirən şagirdlərə attestat verilmir. Əsas təhsil bazalı şagirdlərə peşə hazırlığı ilə yanaşı, ingilis, rus, alman, fransız, ərəb dillərindən hər hansı birinin öyrədilməsi həyata keçirilir. Qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Təhsil müddəti ümumi iş stajına daxil edilir. Məktəbdə dövlət hesabına təhsil alanlara təqaüd verilir. Məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir. Məktəbə daxil olmaq üçün direktorun adına yazılmış ərizə, təhsil haqqında sənədin əsli və surəti, doğum haqqında şəhadətnamə və yaxud şəxsiyyət vəsiqəsinin əsli və surəti, yaşayış yerindən arayış, 3-4 sm ölçülü 4 ədəd fotoşəkil, tibbi arayış tələb olunur.
URL / WWW
http://kelam.az/article/a-5614.html