Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakı Turizm Peşə məktəbi ilk şagird qəbuluna başlayır
    Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılması və şagird qəbulu prosesinə start verilib. “KƏLAMİNFO”nun məlumatına görə, ATİ-nin prorektoru Eldar Aslanov 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbulu ilə bağlı açıqlamasında bildirib ki, Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşbaz, barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Sənədlərin qəbulu 12 yanvar – 12 fevral 2012-ci il tarixində bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcəkdir.

    Qəbulun ümumi qaydalarına əsasən, məktəbə Azərbaycan vətəndaşları sənəd verə bilərlər. Əsas təhsil bazasını bitirən şagirdlərə attestat verilmir. Əsas təhsil bazalı şagirdlərə peşə hazırlığı ilə yanaşı, ingilis, rus, alman, fransız, ərəb dillərindən hər hansı birinin öyrədilməsi həyata keçirilir. Qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir. Təhsil müddəti ümumi iş stajına daxil edilir. Məktəbdə dövlət hesabına təhsil alanlara təqaüd verilir. Məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçirilir. Məktəbə daxil olmaq üçün direktorun adına yazılmış ərizə, təhsil haqqında sənədin əsli və surəti, doğum haqqında şəhadətnamə və yaxud şəxsiyyət vəsiqəsinin əsli və surəti, yaşayış yerindən arayış, 3-4 sm ölçülü 4 ədəd fotoşəkil, tibbi arayış tələb olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 562
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30