Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclis qondarma DQR liderinin Argentina parlamentariləri ilə görüşü barədə açıqlama yayıb
10.01.12 02:45

Azərbaycan Milli Məclisi qondarma Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanın Argentina səfəri zamanı bu ölkənin parlamentariləri ilə görüşü barədə məlumatlarla bağlı açıqlama yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentin mətbuat xidmətindən veriblər. Bildirilir ki, son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. “Əslində isə bu tədbirdə hər iki parlamentar Azərbaycanın haqlı mövqeyinə dəstəyini bir daha təsdiqləyib, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını bildiriblər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş edib və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətiriblər. B.Saakyanla görüşmüş Argentina Milli Konqresinin Deputatlar Palatasının Xarici işlər və etiqad komissiyasının sədri, deputat Alfredo Nestor Atanasof bildirib ki, o, separatçıların liderinə Argentina hökumətinin rəsmi mövqeyini, Argentina Xarici İşlər Nazirliyinin bu haqda müvafiq məktubunu xatırladıb, ölkəsinin “Dağlıq Qarabağ Respublikası” adlı bir qurumu tanımadığını və münaqişə ilə bağlı BMT qətnamələrinin əsas götürüldüyünü diqqətə çatdırıb. “ Civic Radical” partiyasının nümayəndəsi Oskar Aguad isə Argentina-Ermənistan dostluq qrupu çərçivəsində keçirilən görüşə dəvət edildiyini, ümumiyyətlə, kiminlə görüşdüyünü diqqətə almadığını bildirib və istəmədən belə bir vəziyyətdə qaldığına təəssüfləndiyini qeyd edib. Görüş zamanı separatçı rejimin rəhbəri BMT-nin müvafiq qətnamələrinə münasibət bildirərkən, həmin qurumda qeyri-demokratik atmosferin hökm sürdüyünü və məhz bu qeyri-demokratik mühitə görə Azərbaycanın sözügedən qətnamələrin qəbul etdirilməsinə nail olduğunu deyib” - deyə Milli Məclisin yaydığı açıqlamada vurğulanır. Qeyd olunur ki, bu gün planetin müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ermənilərin bu cür hiylələrini vaxtında ifşa etməyə qadirdir.
URL / WWW
http://kelam.az/article/a-5597.html