Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclis qondarma DQR liderinin Argentina parlamentariləri ilə görüşü barədə açıqlama yayıb
    Azərbaycan Milli Məclisi qondarma Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanın Argentina səfəri zamanı bu ölkənin parlamentariləri ilə görüşü barədə məlumatlarla bağlı açıqlama yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentin mətbuat xidmətindən veriblər. Bildirilir ki, son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. “Əslində isə bu tədbirdə hər iki parlamentar Azərbaycanın haqlı mövqeyinə dəstəyini bir daha təsdiqləyib, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını bildiriblər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş edib və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətiriblər.

    B.Saakyanla görüşmüş Argentina Milli Konqresinin Deputatlar Palatasının Xarici işlər və etiqad komissiyasının sədri, deputat Alfredo Nestor Atanasof bildirib ki, o, separatçıların liderinə Argentina hökumətinin rəsmi mövqeyini, Argentina Xarici İşlər Nazirliyinin bu haqda müvafiq məktubunu xatırladıb, ölkəsinin “Dağlıq Qarabağ Respublikası” adlı bir qurumu tanımadığını və münaqişə ilə bağlı BMT qətnamələrinin əsas götürüldüyünü diqqətə çatdırıb. “ Civic Radical” partiyasının nümayəndəsi Oskar Aguad isə Argentina-Ermənistan dostluq qrupu çərçivəsində keçirilən görüşə dəvət edildiyini, ümumiyyətlə, kiminlə görüşdüyünü diqqətə almadığını bildirib və istəmədən belə bir vəziyyətdə qaldığına təəssüfləndiyini qeyd edib. Görüş zamanı separatçı rejimin rəhbəri BMT-nin müvafiq qətnamələrinə münasibət bildirərkən, həmin qurumda qeyri-demokratik atmosferin hökm sürdüyünü və məhz bu qeyri-demokratik mühitə görə Azərbaycanın sözügedən qətnamələrin qəbul etdirilməsinə nail olduğunu deyib” - deyə Milli Məclisin yaydığı açıqlamada vurğulanır. Qeyd olunur ki, bu gün planetin müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ermənilərin bu cür hiylələrini vaxtında ifşa etməyə qadirdir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 349
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30