Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Qətərin Daxili İşlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq
05.01.12 20:48

Bu il Azərbaycan və Qətər Daxili İşlər nazirlikləri arasında hökumətlərarası təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
O qeyd edib ki, hazırda bu sənəd layihə formasındadır və Azərbaycan tərəfindən Qətər dövlətinə təklif kimi göndərilib. “İl ərzində sənədin iki ölkə arasında imzalanacağı gözlənilir”,-deyə E.Abdullayev vurğulayıb.
XİN rəsmisi onu da bildirib ki, təklif Qətərin Baş nazirinin müavini Əhməd bin Abdulla əl-Mahmud tərəfindən təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-5562.html