Azərbaycan və Qətərin Daxili İşlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq
Bu il Azərbaycan və Qətər Daxili İşlər nazirlikləri arasında hökumətlərarası təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, hazırda bu sənəd layihə formasındadır və Azərbaycan tərəfindən Qətər dövlətinə təklif kimi göndərilib. “İl ərzində sənədin iki ölkə arasında imzalanacağı gözlənilir”,-deyə E.Abdullayev vurğulayıb. XİN rəsmisi onu da bildirib ki, təklif Qətərin Baş nazirinin müavini Əhməd bin Abdulla əl-Mahmud tərəfindən təsdiqlənib.