Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şeyxülislam ordeni təqdim edildi
05.01.12 20:11

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin 65 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişdir. Yubiley tədbirində görkəmli dövlət nümayəndələri, ictimai xadimlər, müxtəlif konfessiyaların nümayəndələri, habelə Rusiyada akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları iştirak etmişlər.Müqəddəs Xilaskar İsa Məbədində keçirilmiş təntənəli mərasimdə A.Paşazadə Rus Pravoslav Kilsəsinin başçısına “Şeyxülislam” ordenini təqdim etmişdir. Orden MDB məkanında və bütün dünyada dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni əlaqələrin möhkəmləndirilməsi işinə çox böyük şəxsi töhfəsinə görə, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi, Rusiya Federasiyanın və Azərbaycan Respublikasının xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsində görkəmli xidmətlərinə görə təqdim edilmişdir.
Şeyxülislam A.Paşazadə təntənəli mərasimdəki çıxışında Rus Pravoslav Kilsəsi başçısının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, Qafqazın müsəlman icması həmişə onun Qafqazın problemlərinə necə həssaslıqla yanaşdığını hiss edir. O demişdir: “Biz sizə dərindən təşəkkür edirik və Qarabağ probleminin dinc yolla həll edilməsi, habelə dinlərarası dialoqun möhkəmləndirilməsi işində əməkdaşlığımızı, Müqəddəs Zati-alilərinizin sülhsevər səylərini və vasitəçilik fəailyyətini yüksək qiymətləndiririk”.
Sonra iki ölkənin dini liderlərinin ikitərəfli görüşü olmuşdur. Patriarx Kiril təbrik üçün Azərbaycan Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirmişdir. O, həmçinin yubiley mərasimlərində şəxsən iştirak etdiyinə və ona verilmiş “Şeyxülislam” ordeninə görə A.Paşazadəyə, habelə Azərbaycan xalqına və Qafqazın müsəlman icmasına dərin təşəkkürünü bildirmişdir. Patriarx xüsusilə vurğulamışdır ki, Azərbaycanla və Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Patriarx Kiril konfessiyalar arasında sülh və həmrəyliyə nail olmaqda A.Paşazadənin müstəsna rolunu və nüfuzunu xüsusi qeyd etmişdir.
A. Paşazadə demişdir ki, Azərbaycanda Patriarxa böyük etimad və hörmət bəsləyirlər. O qeyd etmişdir ki, Patriarxın Azərbaycana səfərləri, habelə Təzəpir Məscidinə gəlməsi və müsəlmanlar qarşısındakı çıxışı həqiqətən tarixi və yaddaqalan hadisələr olmuşdur. A.Paşazadə, həmçinin demişdir: “Bizim əməkdaşlığımız və qardaşlıq görüşlərimiz xalqlarımız, dövlətlərimiz və dinlərimiz arasında münasibətlərin dinamik inkişafına və möhkəmlənməsinə kömək göstərir”.
URL / WWW
http://kelam.az/article/a-5548.html