Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyxülislam ordeni təqdim edildi
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin 65 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişdir. Yubiley tədbirində görkəmli dövlət nümayəndələri, ictimai xadimlər, müxtəlif konfessiyaların nümayəndələri, habelə Rusiyada akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları iştirak etmişlər.

    Müqəddəs Xilaskar İsa Məbədində keçirilmiş təntənəli mərasimdə A.Paşazadə Rus Pravoslav Kilsəsinin başçısına “Şeyxülislam” ordenini təqdim etmişdir. Orden MDB məkanında və bütün dünyada dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni əlaqələrin möhkəmləndirilməsi işinə çox böyük şəxsi töhfəsinə görə, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi, Rusiya Federasiyanın və Azərbaycan Respublikasının xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsində görkəmli xidmətlərinə görə təqdim edilmişdir.
    Şeyxülislam A.Paşazadə təntənəli mərasimdəki çıxışında Rus Pravoslav Kilsəsi başçısının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, Qafqazın müsəlman icması həmişə onun Qafqazın problemlərinə necə həssaslıqla yanaşdığını hiss edir. O demişdir: “Biz sizə dərindən təşəkkür edirik və Qarabağ probleminin dinc yolla həll edilməsi, habelə dinlərarası dialoqun möhkəmləndirilməsi işində əməkdaşlığımızı, Müqəddəs Zati-alilərinizin sülhsevər səylərini və vasitəçilik fəailyyətini yüksək qiymətləndiririk”.
    Sonra iki ölkənin dini liderlərinin ikitərəfli görüşü olmuşdur. Patriarx Kiril təbrik üçün Azərbaycan Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirmişdir. O, həmçinin yubiley mərasimlərində şəxsən iştirak etdiyinə və ona verilmiş “Şeyxülislam” ordeninə görə A.Paşazadəyə, habelə Azərbaycan xalqına və Qafqazın müsəlman icmasına dərin təşəkkürünü bildirmişdir. Patriarx xüsusilə vurğulamışdır ki, Azərbaycanla və Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Patriarx Kiril konfessiyalar arasında sülh və həmrəyliyə nail olmaqda A.Paşazadənin müstəsna rolunu və nüfuzunu xüsusi qeyd etmişdir.
    A. Paşazadə demişdir ki, Azərbaycanda Patriarxa böyük etimad və hörmət bəsləyirlər. O qeyd etmişdir ki, Patriarxın Azərbaycana səfərləri, habelə Təzəpir Məscidinə gəlməsi və müsəlmanlar qarşısındakı çıxışı həqiqətən tarixi və yaddaqalan hadisələr olmuşdur. A.Paşazadə, həmçinin demişdir: “Bizim əməkdaşlığımız və qardaşlıq görüşlərimiz xalqlarımız, dövlətlərimiz və dinlərimiz arasında münasibətlərin dinamik inkişafına və möhkəmlənməsinə kömək göstərir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 394
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30