Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirəcək
20.12.11 03:32

Yeni Azərbaycan Partiyası tərəfindən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Tədbirin məqsədi bu kimi problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Mötəbər forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalqları Partiyası və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesiya iştirak edəcəklər. Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5495.html