YAP “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirəcək
Yeni Azərbaycan Partiyası tərəfindən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər.
Tədbirin məqsədi bu kimi problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Mötəbər forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalqları Partiyası və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesiya iştirak edəcəklər. Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.