Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Türk dünyası xalqlarının ürəyində Heydər Əliyev sevgisi yaşayır
14.12.11 02:19

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankaranın “Şeraton” otelində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasimdən əvvəl Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, deputatlar, ictimaiyyət nümayəndələri Türkiyə paytaxtındakı Heydər Əliyev Parkına gələnlər ulu öndərin abidəsi önünə əklil qoyub. Məlumatı “KƏLAMİNFO”ya DİDK-dən veriblər. Ulu öndərin abidəsinin önündə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, xatirələrini paylaşıb. Mərasimdə ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaş münasibətlərin möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edən “Türklüyün bayraqdarı” sənədli filmi nümayiş etdirilib.Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əziz olan Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətindən bəhs edib. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın dövlət bayrağının bütün dünyada dalğalanması, aparıcı ölkələr sırasında layiqli yerini tutması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gərgin fəaliyyəti nəticəsində həyata keçib: “Bu gün Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, qardaş Türkiyənin də şəhərlərində dahi şəxsiyyətin xatirəsi ehtiramla anılır. Bu, təsadüfi deyil. Çünki ulu öndər qardaş Türkiyəni də Azərbaycan qədər sevirdi. Ankaradakı möhtəşəm abidə, İstanbulun Sarıyer rayonundakı heykəl Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür”. Ə.Həsənov bildirib ki, türk dünyası xalqlarının qəlbində, insanların ürəyində Heydər Əliyev sevgisi yaşayır. Azərbaycan-Türkiyə əlaqələrinin son yüz illik tarixi iki dahi şəxsiyyətin kəlamı ilə səciyyələnir: “Bunlardan biri, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, digəri isə Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarıdır. İki öndərin müdrik kəlamlarını çiyinlərimizdə daşımaq, gələcək nəsillərə ərmağan etmək bu gün bizim vətəndaşlıq, türklük borcumuzdur”. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında bildirib ki, yüksək diplomatik məharəti ilə “Diplomatiyada Qafqazların maestrosu” kimi şöhrət qazanan Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan dünyada nüfuzlu, iqtisadi tərəqqiyə nail olub bir ölkədir: “Türkiyəyə səfərləri zamanı üç dəfə Türkiyə parlamentində çıxış edən dahi siyasətçi, xüsusilə 1994-cü il mayın 6-dakı nitqində türk dünyasının, Azərbaycan ilə Türkiyənin ortaq dəyərlərindən, tarixi mirasımızın qorunması və gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri olan Heydər Əliyev, eyni zamanda ölkələrimiz arasında dövlətlərarası hüququn üzərində bir qardaşlıq hüququnun da əsasını qoyub. O, fırtınalı dənizdə gəmisini limana uğurla çatdıran bir kapitan kimi, Sovet İttifaqının dağıldığı dövrdə millətinə liderlik edib”. Təhsil naziri Misir Mərdanov, Mərmərə Qrupu Sosial və Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Bilkənd Universiteti İdarə Heyətinin sədri Əli Doğramaçı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, onun əziz xatirəsini ehtiramla anıblar.
URL / WWW
http://kelam.az/article/a-5451.html