Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Həsənov: Türk dünyası xalqlarının ürəyində Heydər Əliyev sevgisi yaşayır
    Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Ankaranın “Şeraton” otelində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Mərasimdən əvvəl Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, deputatlar, ictimaiyyət nümayəndələri Türkiyə paytaxtındakı Heydər Əliyev Parkına gələnlər ulu öndərin abidəsi önünə əklil qoyub. Məlumatı “KƏLAMİNFO”ya DİDK-dən veriblər. Ulu öndərin abidəsinin önündə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, xatirələrini paylaşıb. Mərasimdə ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaş münasibətlərin möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edən “Türklüyün bayraqdarı” sənədli filmi nümayiş etdirilib.

    Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əziz olan Heydər Əliyevin qardaş Türkiyə ilə əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətindən bəhs edib. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın dövlət bayrağının bütün dünyada dalğalanması, aparıcı ölkələr sırasında layiqli yerini tutması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gərgin fəaliyyəti nəticəsində həyata keçib: “Bu gün Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, qardaş Türkiyənin də şəhərlərində dahi şəxsiyyətin xatirəsi ehtiramla anılır. Bu, təsadüfi deyil. Çünki ulu öndər qardaş Türkiyəni də Azərbaycan qədər sevirdi. Ankaradakı möhtəşəm abidə, İstanbulun Sarıyer rayonundakı heykəl Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür”. Ə.Həsənov bildirib ki, türk dünyası xalqlarının qəlbində, insanların ürəyində Heydər Əliyev sevgisi yaşayır. Azərbaycan-Türkiyə əlaqələrinin son yüz illik tarixi iki dahi şəxsiyyətin kəlamı ilə səciyyələnir: “Bunlardan biri, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, digəri isə Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarıdır. İki öndərin müdrik kəlamlarını çiyinlərimizdə daşımaq, gələcək nəsillərə ərmağan etmək bu gün bizim vətəndaşlıq, türklük borcumuzdur”. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında bildirib ki, yüksək diplomatik məharəti ilə “Diplomatiyada Qafqazların maestrosu” kimi şöhrət qazanan Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan dünyada nüfuzlu, iqtisadi tərəqqiyə nail olub bir ölkədir: “Türkiyəyə səfərləri zamanı üç dəfə Türkiyə parlamentində çıxış edən dahi siyasətçi, xüsusilə 1994-cü il mayın 6-dakı nitqində türk dünyasının, Azərbaycan ilə Türkiyənin ortaq dəyərlərindən, tarixi mirasımızın qorunması və gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri olan Heydər Əliyev, eyni zamanda ölkələrimiz arasında dövlətlərarası hüququn üzərində bir qardaşlıq hüququnun da əsasını qoyub. O, fırtınalı dənizdə gəmisini limana uğurla çatdıran bir kapitan kimi, Sovet İttifaqının dağıldığı dövrdə millətinə liderlik edib”. Təhsil naziri Misir Mərdanov, Mərmərə Qrupu Sosial və Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Bilkənd Universiteti İdarə Heyətinin sədri Əli Doğramaçı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, onun əziz xatirəsini ehtiramla anıblar.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 658
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30