Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QHT-lərə Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirib
09.12.11 20:11

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. O, qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyev xalq tərəfindən böyük şövqlə anılır. “ona görə ki, onun bu xalqın, bu cəmiyyətin həyatındakı rolu danılmazdır. Bunu bu gün dünya siyasətçiləri də təsdiqləyirlər” - deyə A.Quliyev vurğulayıb. Şura sədri deyib ki, müstəqil Azərbaycan QHT sektorunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. “QHT sektorunun, vətəndaş cəmiyyətinin yaradılmasında Heydər Əliyevin qəbul etdiyi qərarlar bu sahənin uzunmüddətli inkişafının əsasını qoyub. Heydər Əliyev 1995-ci ildə Azərbaycanda Konstitusiyası qəbul olunarkən də vətəndaş cəmiyyəti məsələsini diqqətdə saxlayıb. Bu gün Ana Qanunun müddəaları QHT-lərin fəaliyyətinə geniş imkanlar verir”,-deyə o, əlavə edib. A.Quliyev bildirib ki, 1997-ci ildə QHT-dövlət münasibətləri kövrək dövrünü yaşayırdı və məhz o ərəfədə ulu öndərin ATƏT-in İstanbul sammitinə özü ilə birgə QHT nümayəndələrini aparması, sammit ərəfəsində bu mövzuya geniş yer verməsi bu problemin kökündən həll olunmasına təkan verdi. Məhz ondan sonra Azərbaycanda kütləvi QHT hərəkatı gücləndi. Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə çıxış edərək deyib ki, Heydər Əliyev bütün həyatını xalqına, torpağına həsr edən böyük şəxsiyyət olub. “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan xidmətləri dünyanın heç bir siyasi xadimi ilə müqayisə olunası deyil. Bu xidməti hər bir Azərbaycan vətəndaşı qəlbində daşıyır” - deyə F.Heydərov vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Eldar İbrahimov bildirib ki, bu gün Heydər Əliyevi tək Azərbaycan yox, bütün dünya anır. “Dünyanın nəhəng siyasətçiləri bu gün də etiraf edirlər ki, Heydər Əliyevin dünyadan getməsi beynəlxalq siyasi sistemdə ciddi boşluq yaratdı”,-deyə o, əlavə edib. E.İbrahimov deyib ki, Azərbaycan xalqı Heydər Əliyevlə fəxr edə bilər. “Ən azı onun Azərbaycanda ilk hakimiyyəti dövründə, 1969-82-ci illərdə o palçıqlı Azərbaycanı SSRİ daxilində güclü iqtisadiyyatı olan lider dövlətə çevirib” - deyə deputat vurğulayıb. Mərasimdə YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Azərbaycanın dövlət müstəqilliyini, suverenliyinin möhkəm təməli Heydər Əliyevlə bağlıdır. O, Heydər Əliyev tərifindən qoyulan siyasi kursun bu gün də İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Mərasimdə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının Şuranın dəstəyi ilə hazırlanmış audiodiskinin təqdimatı olub. Poemadan parçalar səsləndirilib.
URL / WWW
http://kelam.az/article/a-5425.html