Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QHT-lərə Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimini keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. O, qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyev xalq tərəfindən böyük şövqlə anılır. “ona görə ki, onun bu xalqın, bu cəmiyyətin həyatındakı rolu danılmazdır.

    Bunu bu gün dünya siyasətçiləri də təsdiqləyirlər” - deyə A.Quliyev vurğulayıb. Şura sədri deyib ki, müstəqil Azərbaycan QHT sektorunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. “QHT sektorunun, vətəndaş cəmiyyətinin yaradılmasında Heydər Əliyevin qəbul etdiyi qərarlar bu sahənin uzunmüddətli inkişafının əsasını qoyub. Heydər Əliyev 1995-ci ildə Azərbaycanda Konstitusiyası qəbul olunarkən də vətəndaş cəmiyyəti məsələsini diqqətdə saxlayıb. Bu gün Ana Qanunun müddəaları QHT-lərin fəaliyyətinə geniş imkanlar verir”,-deyə o, əlavə edib. A.Quliyev bildirib ki, 1997-ci ildə QHT-dövlət münasibətləri kövrək dövrünü yaşayırdı və məhz o ərəfədə ulu öndərin ATƏT-in İstanbul sammitinə özü ilə birgə QHT nümayəndələrini aparması, sammit ərəfəsində bu mövzuya geniş yer verməsi bu problemin kökündən həll olunmasına təkan verdi. Məhz ondan sonra Azərbaycanda kütləvi QHT hərəkatı gücləndi. Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə çıxış edərək deyib ki, Heydər Əliyev bütün həyatını xalqına, torpağına həsr edən böyük şəxsiyyət olub. “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan xidmətləri dünyanın heç bir siyasi xadimi ilə müqayisə olunası deyil. Bu xidməti hər bir Azərbaycan vətəndaşı qəlbində daşıyır” - deyə F.Heydərov vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Eldar İbrahimov bildirib ki, bu gün Heydər Əliyevi tək Azərbaycan yox, bütün dünya anır. “Dünyanın nəhəng siyasətçiləri bu gün də etiraf edirlər ki, Heydər Əliyevin dünyadan getməsi beynəlxalq siyasi sistemdə ciddi boşluq yaratdı”,-deyə o, əlavə edib. E.İbrahimov deyib ki, Azərbaycan xalqı Heydər Əliyevlə fəxr edə bilər. “Ən azı onun Azərbaycanda ilk hakimiyyəti dövründə, 1969-82-ci illərdə o palçıqlı Azərbaycanı SSRİ daxilində güclü iqtisadiyyatı olan lider dövlətə çevirib” - deyə deputat vurğulayıb. Mərasimdə YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Azərbaycanın dövlət müstəqilliyini, suverenliyinin möhkəm təməli Heydər Əliyevlə bağlıdır. O, Heydər Əliyev tərifindən qoyulan siyasi kursun bu gün də İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Mərasimdə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının Şuranın dəstəyi ilə hazırlanmış audiodiskinin təqdimatı olub. Poemadan parçalar səsləndirilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 352
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30