Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuatın cəmiyyətdəki rolu müzakirə edilib
08.12.11 20:17

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Azərbaycanda fəaliyyət göstərən media orqanlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib. Konfransda mətbuatın peşəkarlığı, mətbuat-məmur, mətbuat-ictimaiyyət, mətbuat-mətbuat xidmətləri rəhbərləri münasibətləri və digər problemlər müzakirə edilib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının tarixi, onun inkişafı dövründə ortaya çıxan problemlər, müstəqillik dövrünün mətbuatı, mətbuat üzərindəki senzura və onun ləğv edilməsindən sonra bu sahədə olan bürokratik əngəllərin aradan qalxması, mövcud vəziyyət və digər bu kimi problemlər barədə iştirakçılara məlumat veriblər. Konfransda qeyd edilib ki, hazırda Azərbaycanda 5 mindən çox mətbu nəşr dövlət qeydiyyatından keçib və bunun üçün prosedur çox sadədir. Ancaq o da vurğulanıb ki, bəzi mətbuat orqanları belə əlverişli mühitdən sui-istifadə edərək ictimai maraqları bir kənara qoyub, şəxsi maraqlar naminə bir sıra şəxslər haqqında qərəzli, şəxsi həyata toxunan məlumatlar dərc edir. O da qeyd edilib ki, bu kimi qəzetlər və adını jurnalist qoyan insanlara qarşı ictimaiyyətlə birgə ciddi mübarizə aparılmalıdır. Həmçinin bildirilib ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri media ilə yaxşı işləmir, onlar özlərini hətta yüksək çinli məmurlar səviyyəsində tuturlar. Ona görə də medianın dövlət qurumlarından informasiya almağı çətinləşir. Medianın dövlət qurumlarından informasiya əldə etməsindəki çətinlik nəticə etibarilə bəzən mətbuatda qeyri-obyektiv məlumatların da yayılmasına yol açır. Bir sıra media orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələrinin sözügedən mövzu ilə bağlı fikir və təkliflərindən sonra V.Səfərli əlavə edib ki, oxşar tədbirlər gələn il nazirliklərlə birgə keçiriləcək. Onun sözlərinə görə, icra hakimiyyətləri ilə belə qərara gəlinib ki, bu kimi tədbirlər ayda bir dəfə rayonlarda təşkil edilsin.
URL / WWW
http://kelam.az/article/a-5418.html