Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mətbuatın cəmiyyətdəki rolu müzakirə edilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Azərbaycanda fəaliyyət göstərən media orqanlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib. Konfransda mətbuatın peşəkarlığı, mətbuat-məmur, mətbuat-ictimaiyyət, mətbuat-mətbuat xidmətləri rəhbərləri münasibətləri və digər problemlər müzakirə edilib.

    Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının tarixi, onun inkişafı dövründə ortaya çıxan problemlər, müstəqillik dövrünün mətbuatı, mətbuat üzərindəki senzura və onun ləğv edilməsindən sonra bu sahədə olan bürokratik əngəllərin aradan qalxması, mövcud vəziyyət və digər bu kimi problemlər barədə iştirakçılara məlumat veriblər. Konfransda qeyd edilib ki, hazırda Azərbaycanda 5 mindən çox mətbu nəşr dövlət qeydiyyatından keçib və bunun üçün prosedur çox sadədir. Ancaq o da vurğulanıb ki, bəzi mətbuat orqanları belə əlverişli mühitdən sui-istifadə edərək ictimai maraqları bir kənara qoyub, şəxsi maraqlar naminə bir sıra şəxslər haqqında qərəzli, şəxsi həyata toxunan məlumatlar dərc edir. O da qeyd edilib ki, bu kimi qəzetlər və adını jurnalist qoyan insanlara qarşı ictimaiyyətlə birgə ciddi mübarizə aparılmalıdır. Həmçinin bildirilib ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri media ilə yaxşı işləmir, onlar özlərini hətta yüksək çinli məmurlar səviyyəsində tuturlar. Ona görə də medianın dövlət qurumlarından informasiya almağı çətinləşir. Medianın dövlət qurumlarından informasiya əldə etməsindəki çətinlik nəticə etibarilə bəzən mətbuatda qeyri-obyektiv məlumatların da yayılmasına yol açır. Bir sıra media orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələrinin sözügedən mövzu ilə bağlı fikir və təkliflərindən sonra V.Səfərli əlavə edib ki, oxşar tədbirlər gələn il nazirliklərlə birgə keçiriləcək. Onun sözlərinə görə, icra hakimiyyətləri ilə belə qərara gəlinib ki, bu kimi tədbirlər ayda bir dəfə rayonlarda təşkil edilsin.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 351
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30