Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramiz Mehdiyev: “Beynəlxalq birlik Ermənistanı öhdəlikləri yerinə yetirməyə vadar etməlidir”
08.12.11 02:47

“ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan-qaraya vurmayıblar. “Azərbaycan xalqı çoxdandır ki özü üçün aydın edib ki, pərdə arxasında erməni işğalçıları müdafiə olunur. Minsk Qrupu dövlətləri bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbir kasası artıq dolubdur. Halbuki XX əsri yaxın tarixindən bəllidir ki, beynəlxalq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı mübarizə aparıb. Əks təqdirdə hansı dünya nizamından söhbət, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər?” - deyə R.Mehdiyev vurğulayıb. PA rəhbəri deyib ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalır. “Beynəlxalq birlik öz səylərini artırmalı, beynəlxalq qanunun aliliyini rəhbər tutmalı və Ermənistanı beynəlxalq öhdəlikləri yerinə yetirməyə vadar etməlidir. Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Avropa Şurasında öz proqressiv mövqeyi ilə tanınan Azərbaycan vahid və universal dəyərlər, ideyalar ətrafında milli birliyin qorunmasını təmin etməklə yanaşı, öz spesifik xüsusiyyətləri ilə fərqlərin azlıqların hüquqlarını tanıyır. Eyni zamanda, Azərbaycanda hər bir fərd azad şəkildə etnik mənsubiyyətini təyin edib, özünə aid xüsusiyyətlərini inkişaf edə bilər. Millət dövlətin sərhədləri daxilində yaşayan dil, din, etnik xüsusiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların cəmini əks etdirir. Dağlıq Qarabağda doğulub və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və Azərbaycan qanunvericiliyi çərçivəsində azad şəkildə fəaliyyət göstərə, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilər. Lakin təcavüz və əməkdaşlıq bir araya sığmır. Ermənistanın işğalçı siyasəti, onu regional layihələrdən özünü təcrid etməsi bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salıb. Məhrumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5400.html