Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ramiz Mehdiyev: “Beynəlxalq birlik Ermənistanı öhdəlikləri yerinə yetirməyə vadar etməlidir”
    “ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin Dağlıq Qarabağ probleminin həllindəki fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin gözü qarşısında bu dövlətlər uzun illərdir ki Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün əllərini ağdan-qaraya vurmayıblar. “Azərbaycan xalqı çoxdandır ki özü üçün aydın edib ki, pərdə arxasında erməni işğalçıları müdafiə olunur. Minsk Qrupu dövlətləri bilməlidirlər ki, Azərbaycan xalqının dözümünün hüdudları elə də geniş deyil, onun səbir kasası artıq dolubdur. Halbuki XX əsri yaxın tarixindən bəllidir ki, beynəlxalq birlik təcavüz nəticəsində formalaşan oyuncaq dövlətləri heç zaman tanımayıb və ona qarşı mübarizə aparıb. Əks təqdirdə hansı dünya nizamından söhbət, hansı beynəlxalq təhlükəsizliyin və sülhün qorunması mexanizmlərindən söhbət gedə bilər?” - deyə R.Mehdiyev vurğulayıb.

    PA rəhbəri deyib ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət millətlərin qurmaq istədiyi gələcək ədalətli cəmiyyət və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalır. “Beynəlxalq birlik öz səylərini artırmalı, beynəlxalq qanunun aliliyini rəhbər tutmalı və Ermənistanı beynəlxalq öhdəlikləri yerinə yetirməyə vadar etməlidir. Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Avropa Şurasında öz proqressiv mövqeyi ilə tanınan Azərbaycan vahid və universal dəyərlər, ideyalar ətrafında milli birliyin qorunmasını təmin etməklə yanaşı, öz spesifik xüsusiyyətləri ilə fərqlərin azlıqların hüquqlarını tanıyır. Eyni zamanda, Azərbaycanda hər bir fərd azad şəkildə etnik mənsubiyyətini təyin edib, özünə aid xüsusiyyətlərini inkişaf edə bilər. Millət dövlətin sərhədləri daxilində yaşayan dil, din, etnik xüsusiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların cəmini əks etdirir. Dağlıq Qarabağda doğulub və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və Azərbaycan qanunvericiliyi çərçivəsində azad şəkildə fəaliyyət göstərə, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilər. Lakin təcavüz və əməkdaşlıq bir araya sığmır. Ermənistanın işğalçı siyasəti, onu regional layihələrdən özünü təcrid etməsi bu ölkənin iqtisadiyyatını çətin vəziyyətə salıb. Məhrumiyyətlər qarşısında qalan Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir” - deyə o, əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 273
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30