Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Almaniyanın tarixi qəsrində Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib
29.11.11 02:03

Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən “Alte Kanzlay” cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert zalında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilən “Azərbaycana ədəbi və musiqili səyahət” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilən gecədə “Alte Kanzlay” cəmiyyətinin sədri Frider Füllers açılış nitqi ilə çıxış edib. Cəmiyyətin üzvü Volker Klyayn və AAF-nin İdarə Heyətinin üzvü və AAKM-nin icraçı direktoru, Samira Patzer-İsmayılova Azərbaycan haqqında ətraflı məlumat veriblər.Adı çəkilən qəsrin Kamera Musiqisi Zalında keçirilən gecənin musiqili hissəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səslənib. Mirvarid Dilbazi, Nizami və Rəsul Rzanın sözlərinə bəstələnən mahnı və ariyalar opera müğənnisi, mezzosoprano Silke Hartstang Azərbaycan dilində məharətlə ifa edib. Fortopianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti, Almaniya və Azərbaycanda bir sıra mükafatların daşıyıcısı Elnarə İsmayılova müşaiyət edib. E.İsmayılova həmçinin adı çəkilən bəstəkarların əsərlərini fortopianoda solo ifa edib. Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi, Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şerlərini, “Pıspısa xanım və Siçan bəy”in nağılını, Qurban Səidin “Əli və Nino” əsərindən parçaları dinləyiblər. Tədbirin sonunda qonaqlara Azərbaycanın Almaniyadakı səfirliyi və TEAS-Avropa Azərbaycan Cəmiyyətinin tədbirə hədiyyə etdiyi Azərbaycana dair kitab, CD, buklet və açıqcalardan ibarət kiçik hədiyyələr təqdim olunub. Böyük uğurla keçən tədbirdə çoxlu sayda alman qonaq, incəsənət xadimi və elm nümayəndəsi iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-5311.html