Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Almaniyanın tarixi qəsrində Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib
    Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən “Alte Kanzlay” cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert zalında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilən “Azərbaycana ədəbi və musiqili səyahət” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilən gecədə “Alte Kanzlay” cəmiyyətinin sədri Frider Füllers açılış nitqi ilə çıxış edib. Cəmiyyətin üzvü Volker Klyayn və AAF-nin İdarə Heyətinin üzvü və AAKM-nin icraçı direktoru, Samira Patzer-İsmayılova Azərbaycan haqqında ətraflı məlumat veriblər.

    Adı çəkilən qəsrin Kamera Musiqisi Zalında keçirilən gecənin musiqili hissəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səslənib. Mirvarid Dilbazi, Nizami və Rəsul Rzanın sözlərinə bəstələnən mahnı və ariyalar opera müğənnisi, mezzosoprano Silke Hartstang Azərbaycan dilində məharətlə ifa edib. Fortopianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti, Almaniya və Azərbaycanda bir sıra mükafatların daşıyıcısı Elnarə İsmayılova müşaiyət edib. E.İsmayılova həmçinin adı çəkilən bəstəkarların əsərlərini fortopianoda solo ifa edib. Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi, Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şerlərini, “Pıspısa xanım və Siçan bəy”in nağılını, Qurban Səidin “Əli və Nino” əsərindən parçaları dinləyiblər. Tədbirin sonunda qonaqlara Azərbaycanın Almaniyadakı səfirliyi və TEAS-Avropa Azərbaycan Cəmiyyətinin tədbirə hədiyyə etdiyi Azərbaycana dair kitab, CD, buklet və açıqcalardan ibarət kiçik hədiyyələr təqdim olunub. Böyük uğurla keçən tədbirdə çoxlu sayda alman qonaq, incəsənət xadimi və elm nümayəndəsi iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 475
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30