Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hafiz Paşayev: Erməni diasporu hazırda ABŞ-da məqsədlərinə nail ola bilmir
25.11.11 20:13

Bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) “Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü” adlı konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavinləri Araz Əzimov, Hafiz Paşayev, NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz, Azərbaycan Diplomatik Akademiyasının professoru Anar Vəliyev, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kiobano və digər qonaqlar iştirak ediblər.A.Əzimov bildirib ki Azərbaycan müstəqillik əldə etdiyi bu 20 ildə böyük inkişaf yolu keçib. “Eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri yüksək şəkildə inkişaf etdirib. Bu siyasət indi də uğurla davam etdirilir. Azərbaycan təbii sərvətlərə malik ölkədir, istər regionda, istərsə də dünyada enerji layihələrində mühüm rol oynayır. Bu gün Azərbaycan əsas tranzit ölkəyə çevrilib. Azərbaycanın iştirak etdiyi bu mühüm layihələr şərqlə qərbin birləşdirilməsi məqsədinə xidmət edir” - deyə nazir müavini vurğulayıb. A.Əzimov deyib ki, Azərbaycan başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində bütün vasitələrdən istifadə edir. “Bu gün Azərbaycan regionda yeganə söz sahibidir ki, onsuz heç bir layihə həyata keçirilmir. Eyni zamanda, biz regionda təhlükəsizlik, antiterror əleyhinə mübarizədə fəal iştirak edirik” - deyə o, əlavə edib. H.Paşayev isə diplomatik fəaliyyətdən bəhs edərək bildirib ki, erməni diasporu ABŞ-da çata biləcəyi məqsədlərinə hazırda nail ola bilmir. “Bizim ABŞ cəmiyyətinə region haqqında çatdırdığımız informasiya ABŞ-ın hazırkı xarici siyasətinin formalaşmasına təsir edib” - deyə H.Paşayev vurğulayıb. H.Paşayev deyib ki, terrorla mübarizə Azərbaycanla ABŞ arasındakı əməkdaşlıqda prioritet məsələlərdən biridir. “Enerji siyasəti məsələsində Azərbaycanın fəaliyyəti ABŞ-ın regiona maraqlarının artmasına səbəb olub. Mövcud vəziyyət göstərir ki, ABŞ-ın Azərbaycanda maraqları daha üstündür, nəinki Ermənistanda. Bu da Azərbaycanın regionda siyasi çəkisi və əməkdaşlıqda sadiqliyinin göstəricisidir” - deyə o, əlavə edib. Qeyd edək ki, NİSA-nın məqsədi Avroatlantika məkanı və onun hüdudlarından kənarda yerləşən NATO-ya üzv və tərəfdaş dövlətlər, gənc elmi tədqiqatçılar, müstəqil ekspertlər, habelə hərbi və mülki nümayəndələr arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsiplərindən çıxış edərək çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə onların həlli yollarının araşdırılmasından ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-5285.html