Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hafiz Paşayev: Erməni diasporu hazırda ABŞ-da məqsədlərinə nail ola bilmir
    Bu gün Bakıda Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) “Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü” adlı konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavinləri Araz Əzimov, Hafiz Paşayev, NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz, Azərbaycan Diplomatik Akademiyasının professoru Anar Vəliyev, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kiobano və digər qonaqlar iştirak ediblər.

    A.Əzimov bildirib ki Azərbaycan müstəqillik əldə etdiyi bu 20 ildə böyük inkişaf yolu keçib. “Eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri yüksək şəkildə inkişaf etdirib. Bu siyasət indi də uğurla davam etdirilir. Azərbaycan təbii sərvətlərə malik ölkədir, istər regionda, istərsə də dünyada enerji layihələrində mühüm rol oynayır. Bu gün Azərbaycan əsas tranzit ölkəyə çevrilib. Azərbaycanın iştirak etdiyi bu mühüm layihələr şərqlə qərbin birləşdirilməsi məqsədinə xidmət edir” - deyə nazir müavini vurğulayıb. A.Əzimov deyib ki, Azərbaycan başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində bütün vasitələrdən istifadə edir. “Bu gün Azərbaycan regionda yeganə söz sahibidir ki, onsuz heç bir layihə həyata keçirilmir. Eyni zamanda, biz regionda təhlükəsizlik, antiterror əleyhinə mübarizədə fəal iştirak edirik” - deyə o, əlavə edib. H.Paşayev isə diplomatik fəaliyyətdən bəhs edərək bildirib ki, erməni diasporu ABŞ-da çata biləcəyi məqsədlərinə hazırda nail ola bilmir. “Bizim ABŞ cəmiyyətinə region haqqında çatdırdığımız informasiya ABŞ-ın hazırkı xarici siyasətinin formalaşmasına təsir edib” - deyə H.Paşayev vurğulayıb. H.Paşayev deyib ki, terrorla mübarizə Azərbaycanla ABŞ arasındakı əməkdaşlıqda prioritet məsələlərdən biridir. “Enerji siyasəti məsələsində Azərbaycanın fəaliyyəti ABŞ-ın regiona maraqlarının artmasına səbəb olub. Mövcud vəziyyət göstərir ki, ABŞ-ın Azərbaycanda maraqları daha üstündür, nəinki Ermənistanda. Bu da Azərbaycanın regionda siyasi çəkisi və əməkdaşlıqda sadiqliyinin göstəricisidir” - deyə o, əlavə edib. Qeyd edək ki, NİSA-nın məqsədi Avroatlantika məkanı və onun hüdudlarından kənarda yerləşən NATO-ya üzv və tərəfdaş dövlətlər, gənc elmi tədqiqatçılar, müstəqil ekspertlər, habelə hərbi və mülki nümayəndələr arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsiplərindən çıxış edərək çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə onların həlli yollarının araşdırılmasından ibarətdir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 385
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30