Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Millət vəkili: Universitet müəllimlərinin səviyyəsi yoxlanılmalıdır
24.11.11 19:22

Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradılmasına ehtiyac var. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Azərbaycan Dillər Universitetində (ADU) “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda keçirilən Respublika Elmi-Praktik konfransdakı çıxışı zamanı deyib. Azərbaycanın təhsil sistemində qarşıda duran ən vacib məsələlərdən birinin keyfiyyətli kadr hazırlanması işi olduğunu xatırladan Ə.Vəliyev hesab edir ki, sözügedən departamentin yaradılması bu işə öz müsbət töhfəsini verə bilər. Dünyanın hər yerində, o cümlədən qonşu Gürcüstanın bütün universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradıldığını misal gətirən professor deyib ki, departament ilk olaraq müəllim və professor heyətinin seçimini aparır: “Departament müəllim və professorların auditoriyanı necə idarə etməsini, onların tədris işinin hansı səviyyədə aparmasını yoxlayır. Departament həmçinin müəllimlərin davranış qaydalarını da yoxlayır. Bundan sonra nəticələr kollegial olaraq müzakirə edilir və müvafiq qərarlar qəbul edilir”,-deyən Ə.Vəliyev müəllimlərin imtahan edilməsi və onların seçiminin aparılması prosesinin rəhbərlik etdiyi ali təhsil ocağında aparıldığını söyləyib. Ancaq o, bu prinsipin professor-müəllim heyəti tərəfindən birmənalı qarşılanmadığını da etiraf edib: “Bəzən müəllimlər deyirlər ki, mən təzədən imtahan verməliyəm? Hesab edirəm ki, imtahan verməli və müəllimlərin seçimi aparılmalıdır”,-deyən Ə.Vəliyev müəllimlərin maaşlarının da səviyyəsinə uyğun verilməsinin tərəfdarı olduğunu açıqlayıb və bildirib ki, bu, dövlət universitetlərində də tətbiq edilməlidir : “Hamıya eyni maaş vermək olmaz. Müəllimə qabiliyyətinə görə maaş verilməlidir. Ona görə də biz onları imtahan edir və maaşlarını fərqləndiririk”. Ə.Vəliyev ixtisaslı kadrların işinə isə yüksək qiymət verilməsinin tərəfdarı olduğunu qeyd edib. O, pedaqoji təhsil almayan müəllimlərin də kurslara cəlb olunmasının vacibliyini önə çəkib: “Yüksək ixtisaslı kadr hazırlamaq istəyiriksə birinci müəllimlərdən başlamalıyıq. İlk növbədə müəllimlərin səviyyəsi müəyyənləşməlidir”.
URL / WWW
http://kelam.az/article/a-5277.html