Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Millət vəkili: Universitet müəllimlərinin səviyyəsi yoxlanılmalıdır
    Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradılmasına ehtiyac var. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Azərbaycan Dillər Universitetində (ADU) “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda keçirilən Respublika Elmi-Praktik konfransdakı çıxışı zamanı deyib. Azərbaycanın təhsil sistemində qarşıda duran ən vacib məsələlərdən birinin keyfiyyətli kadr hazırlanması işi olduğunu xatırladan Ə.Vəliyev hesab edir ki, sözügedən departamentin yaradılması bu işə öz müsbət töhfəsini verə bilər. Dünyanın hər yerində, o cümlədən qonşu Gürcüstanın bütün universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradıldığını misal gətirən professor deyib ki, departament ilk olaraq müəllim və professor heyətinin seçimini aparır:

    “Departament müəllim və professorların auditoriyanı necə idarə etməsini, onların tədris işinin hansı səviyyədə aparmasını yoxlayır. Departament həmçinin müəllimlərin davranış qaydalarını da yoxlayır. Bundan sonra nəticələr kollegial olaraq müzakirə edilir və müvafiq qərarlar qəbul edilir”,-deyən Ə.Vəliyev müəllimlərin imtahan edilməsi və onların seçiminin aparılması prosesinin rəhbərlik etdiyi ali təhsil ocağında aparıldığını söyləyib. Ancaq o, bu prinsipin professor-müəllim heyəti tərəfindən birmənalı qarşılanmadığını da etiraf edib: “Bəzən müəllimlər deyirlər ki, mən təzədən imtahan verməliyəm? Hesab edirəm ki, imtahan verməli və müəllimlərin seçimi aparılmalıdır”,-deyən Ə.Vəliyev müəllimlərin maaşlarının da səviyyəsinə uyğun verilməsinin tərəfdarı olduğunu açıqlayıb və bildirib ki, bu, dövlət universitetlərində də tətbiq edilməlidir : “Hamıya eyni maaş vermək olmaz. Müəllimə qabiliyyətinə görə maaş verilməlidir. Ona görə də biz onları imtahan edir və maaşlarını fərqləndiririk”. Ə.Vəliyev ixtisaslı kadrların işinə isə yüksək qiymət verilməsinin tərəfdarı olduğunu qeyd edib. O, pedaqoji təhsil almayan müəllimlərin də kurslara cəlb olunmasının vacibliyini önə çəkib: “Yüksək ixtisaslı kadr hazırlamaq istəyiriksə birinci müəllimlərdən başlamalıyıq. İlk növbədə müəllimlərin səviyyəsi müəyyənləşməlidir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 420
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30