Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub
25.11.11 01:21

Prezident İlham Əliyev bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov proqram çərçivəsində Çexiya İxrac Bankının krediti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinin müqavilə çərçivəsində uğurla davam etdirildiyi barədə məlumat verib. Prezident İlham Əliyev Çexiya İxrac Bankı ilə imzalanan müqavilə əsasında indiyədək alınmış material və texnikanı, həmçinin dəmir yollarının tikintisində və təmirində istifadə olunan avadanlığın istehsalı, daşınması və quraşdırılmasını əks etdirən fotostendə baxıb. Nəqliyyat naziri Bakı-Tbilisi-Qars dəmir yolu xəttində tikinti işlərinin gedişi barədə də prezident İlham Əliyevə məlumat verib. Sonra prezident İlham Əliyev əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub. Bildirilib ki, 2008-ci ilin fevralında bağlanmış müqaviləyə əsasən, Almaniya istehsalı olan və istismar müddətini başa vuran kupe tipli 5 sərnişin vaqonu 2009-cu ilin fevralında əsaslı təmir üçün Slovakiyanın “Sazvrudki” zavoduna göndərilib. Slovakiyada əsaslı təmiri iki il çəkən bu vaqonlar oktyabrın sonlarında Bakıya gətirilib. Vaqonlar ekspress marşrutlarda istifadəyə uyğunlaşdırılıb, hər birində müasir havalandırma sistemi quraşdırılıb. Vaqonlar ekoloji qurğularla təchiz olunub, daxili dizaynı yenilənib, kreslo tipli oturacaqlarla təchiz edilib. Qeyd olunub ki, dörd vaqon “ekonomklass” olmaqla hər biri 60, “biznesklass” vaqon isə 45 sərnişin üçün nəzərdə tutulub. Vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Prezident İlham Əliyev internetə qoşulmuş kompyuter vasitəsilə “onlayn” bilet sifarişi prosesini izləyib. Bildirilib ki, sərnişin vaqonları ilə yanaşı, “Sazvrudki”nin Çexiyadakı lokomotiv zavodunda təmir olunmuş ÇM-3 tipli mazutla işləyən manevr teplovozu, Dövlət proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaiti hesabına yeni alınmış MPT-4 markalı 3 kran-drezin də Bakıya gətirilib. Görülən işlərdən razılığını bildirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-5268.html