Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub
    Prezident İlham Əliyev bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov proqram çərçivəsində Çexiya İxrac Bankının krediti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinin müqavilə çərçivəsində uğurla davam etdirildiyi barədə məlumat verib. Prezident İlham Əliyev Çexiya İxrac Bankı ilə imzalanan müqavilə əsasında indiyədək alınmış material və texnikanı, həmçinin dəmir yollarının tikintisində və təmirində istifadə olunan avadanlığın istehsalı, daşınması və quraşdırılmasını əks etdirən fotostendə baxıb.

    Nəqliyyat naziri Bakı-Tbilisi-Qars dəmir yolu xəttində tikinti işlərinin gedişi barədə də prezident İlham Əliyevə məlumat verib. Sonra prezident İlham Əliyev əsaslı təmir edilmiş sərnişin vaqonları ilə tanış olub. Bildirilib ki, 2008-ci ilin fevralında bağlanmış müqaviləyə əsasən, Almaniya istehsalı olan və istismar müddətini başa vuran kupe tipli 5 sərnişin vaqonu 2009-cu ilin fevralında əsaslı təmir üçün Slovakiyanın “Sazvrudki” zavoduna göndərilib. Slovakiyada əsaslı təmiri iki il çəkən bu vaqonlar oktyabrın sonlarında Bakıya gətirilib. Vaqonlar ekspress marşrutlarda istifadəyə uyğunlaşdırılıb, hər birində müasir havalandırma sistemi quraşdırılıb. Vaqonlar ekoloji qurğularla təchiz olunub, daxili dizaynı yenilənib, kreslo tipli oturacaqlarla təchiz edilib. Qeyd olunub ki, dörd vaqon “ekonomklass” olmaqla hər biri 60, “biznesklass” vaqon isə 45 sərnişin üçün nəzərdə tutulub. Vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Prezident İlham Əliyev internetə qoşulmuş kompyuter vasitəsilə “onlayn” bilet sifarişi prosesini izləyib. Bildirilib ki, sərnişin vaqonları ilə yanaşı, “Sazvrudki”nin Çexiyadakı lokomotiv zavodunda təmir olunmuş ÇM-3 tipli mazutla işləyən manevr teplovozu, Dövlət proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaiti hesabına yeni alınmış MPT-4 markalı 3 kran-drezin də Bakıya gətirilib. Görülən işlərdən razılığını bildirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 407
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30